Suriyanın dərinliklərində Amerikanın casus bazasına hücum

Suriyanın dərinliklərində Amerikanın casus bazasına hücum

“Əl-Məyadin” şəbəkəsi cümə axşamı səhər saatlarında İraq müqavimətinin Suriyadakı Amerika işğalçılarına məxsus “Himo” bazasına hücum etmək üçün pilotsuz təyyarədən istifadə etdiyini bildirib.

Cümə axşamı səhər yerli mənbələr Yəmənə qarşı hərbi təcavüzlə eyni vaxtda Suriyanın dərinliklərində yerləşən Amerika hərbi bazasına hücumların baş verdiyini bildiriblər.

 “Əl-Məyadin” şəbəkəsi bununla bağlı məlumat yayıb ki, İraqın İslam müqaviməti Suriyadakı ABŞ işğalçılarına məxsus “Himo” bazasına pilotsuz təyyarələrlə hücum edib.

Bu xəbərə əsasən, Amerikanın bu casus bazası “Qamışlı” hava limanının qərbində yerləşir və sionist rejimin ünsürləri də orada mövcuddur.

İraq mediası “Sabrin News”un məlumatına görə, bu, sionistlərin Qəzza zolağına qarşı müharibəsinin başlamasından bəri Himo bazasına ikinci hücumdur.

Bu xəbərdə hücumun təfərrüatları və mümkün dağıntılar və tələfatlar hələ dərc edilməyib.

İraqın İslami müqaviməti indiyədək Suriyanın şərq və şimal-şərqində, İraqın qərb və şimalındakı ABŞ bazalarını onlarla dəfə pilotsuz təyyarə və raket hücumları ilə hədəfə alıb.

İraq müqaviməti ABŞ-ı sionist rejimin Qəzzə zolağına hücumlarının əsas məsuliyyətlisi hesab edir və Qəzzaya təcavüz dayandırılana qədər hücumlarını davam etdirəcəyini vurğulayıb.

Daha əvvəl bu qrup Qəzza xalqına dəstək və Amerikanın bölgədəki işğalına qarşı Suriyadakı 3 bazasını hədəf aldığını elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 8 =