Suriyanın Əl-Ömər neft yatağındakı ABŞ hərbi bazasına raket hücumu

Suriyanın Əl-Ömər neft yatağındakı ABŞ hərbi bazasına raket hücumu

Suriyanın şərqindəki Əl-Ömər neft yatağında Amerika işğalçı qüvvələrinin bazası növbəti dəfə raket hücumuna məruz qalıb.

Bu hücum Amerika işğalçılarının bu hərbi bazasına oxşar hücumdan cəmi iki gün sonra həyata keçirilib.

Şənbə günü də Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağındakı ABŞ hərbi bazasına hücum edilmişdi.

Eyni zamanda, işğalçı Amerika hərbçilərinin Koniko qaz yatağındakı bazası da raket hücumlarına məruz qalıb.

Hələlik heç bir qrup bu hücumlara görə məsuliyyəti üzərinə götürməyib, amma keçmişdə oxşar hücumlarda İraqın İslam müqaviməti bu hücumları təşkil etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 8 =