Suriyanın şərqindəki Amerika bazası yenidən raket hücumuna məruz qalıb

Suriyanın şərqindəki Amerika bazası yenidən raket hücumuna məruz qalıb

 Suriyadakı yerli mənbələr şənbə gecəsi Suriyanın şərqindəki Koniko qaz yatağındakı Amerika hərbi bazasının raket hücumu ilə hədəfə alındığını bildirib.

İRNA-nın Əl-Məsirə kanalına istinadən verdiyi xəbərə görə, Suriyadakı xalq müqaviməti bu raket hücumunun məsuliyyətini öz üzərinə götürüb və Fəratın şərqindəki Amerika hərbi bazasının bir neçə raket hücumu ilə hədəfə alındığını elan edib.

Bu müqavimətin bəyanatında Əl-Ömər neft yatağında yerləşən Amerika bazasının 4 raketlə, Koniko yatağındakı bazanın 5 raketlə, Əş-Şədadi bazasının da bir raketlə hədəfə alındığı bildirilir.

Suriya Xalq Müqaviməti Amerika işğalçı qüvvələrinin yerləşdiyi Əş-Şədadi hərbi bazasına bir neçə kamikadze pilotsuz təyyarənin göndərildiyini açıqlayıb.

Bu müqavimət qrupu Suriyanın istənilən yerində Amerika qüvvələrinin yerləşdirmə mərkəzlərini bu ərazilər azad olunana qədər məhv etməyə davam edəcəklərini açıqlayıb.

2016-cı ilin dekabrında ABŞ-ın Suriyada hərbi qolu olan “İŞİD” terror qruplaşmasının məğlubiyyətə uğraması ilə Amerika qüvvələri birbaşa olaraq bu qruplaşmanın yerini aldı və o vaxtdan İŞİD-in əvəzinə Suriya neftini çıxarıb oğurlamağa başladılar və insanları qətlə yetirməyə davam etdilər.

Son illər ərzində ABŞ-ın Qərbi Asiya regionunda, xüsusən də Suriyada insanların həyatının bəlasına çevrilməsi və onların neft ehtiyatlarını oğurlaması, bundan əvvəl də İŞİD terror qruplaşması tərəfindən həyata keçirilən fəaliyyət idi.

Əl-Həsakədə və Suriyanın digər şimal bölgələrində Amerika qüvvələrinin və onların dəstəklədiyi “QSD” silahlılarının işğalı altında olan ərazilər hər zaman Suriya vətəndaşlarının işğalçılar və silahlı birləşmələrin terror aksiyalarına etirazlarının şahidi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =