Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz təyyarə hücumu olub

Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz təyyarə hücumu olub

İraqın İslami Müqaviməti Suriyanın Əl-Həsakə əyalətindəki Amerika hərbi bazasına pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

İRNA-nın İraq mediasının cümə axşamı verdiyi xəbərə görə, İraq İslami Müqaviməti bəyanat yayaraq, İslami Müqavimət döyüşçülərinin Suriyanın Əl-Həsakə şəhərinin cənubundakı “Əş-Şədadi” Amerika hərbi bazasını hədəfə aldığını elan edib.

Bu bəyanata əsasən, pilotsuz təyyarələr öz hədəflərini dəqiqliklə vurub və bu hücum sionist rejimin Qəzza zolağında törətdiyi cinayətlərə cavab olaraq həyata keçirilib.

Cümə axşamı səhər Koniko qaz yatağındakı Amerika hərbi bazası və ondan bir neçə saat əvvəl Suriyanın cənub-şərqində Amerika hərbçilərinin yerləşdiyi Ət-Tənif və Ər-Rukban bazaları pilotsuz təyyarələrin hücumlarına məruz qalıb.

Əvvəllər də Amerikanın İraq və Suriyadakı mövqeləri İraq İslami Müqavimət Qüvvələrinin pilotsuz təyyarələri və raket hücumlarının hədəfi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − seven =