Sürücüləri bəlaya salan “lyuk”lar-Video

Sürücüləri bəlaya salan “lyuk”lar-Video

Gördüyünüz kimi… qapağı açıq lyuk maşını tutur, sürücü də başını. İndi bu lukların ağızları adətən bağlı olsa da quruluşu və küçə boyunca 3-4 lukun bir-birinə yaxın məsafədə yerləşməsi sürücülərin işini əməlli çətinə salır. Şəhərdəki bir çox lyuklar su, kanalizasiya sistemini tənzimləmək üçün quraşdırılıb. Ona görə də əvvəlcə məsələ ilə bağlı Azərsu QSC-nin mövqeyini öyrəndik. Qurumdan bildirildi ki, bu lyuyklar kommunikasiya xətləridir, istismarı asanlaşdırmaq üçün yollarda quraşdırılıb. “Azərsu” rəsmisi deyir ki, xarici ölkələrdə kommunikasiya xəttləri üçün belə lyuklar az olur və adətən tuneldən istifadə edirlər.

Ancaq Bakı şəhərində olan layihələrdə kommunikasiya xəttləri üçün belə luklardan istifadə olunur. Şəhərdəki lyuklardan bəziləri də rabitə kommunikasiya xətləridir. “Aztelekom” MMC-nin rəsmisi deyir ki, həmin lyuk yerlərinin müəyyən olunması, qazılması üçün müvafiq qurumlardan razılıq alınır. Hər gün üzərindən şütüdüyümüz lyuklar kələ kötürlüyü ilə yolların estetikasını pozur. Bəs bu lyuklar yol standartlarına uyğundurmu? Quraşdırılarkən aidiyyəti qurumlarla razılaşdırılırmı?

Anar Nəcəfli deyir ki, yaxın məsafədə yerləşən lyuklar yol infrastrukturu baxımından hər hansı bir təhlükə yaratmır. Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirildi ki, Bakı şəhərində yeni mühəndis-kommunikasiya xətləri çəkiləndə onların keçəcəyi yeraltı istiqamətlər Komitə ilə razılaşdırılırsa da, lyukların bir birinə yaxın məsafədə yerləşməsi qurumun səlahiyyəti xaricindədir. Mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxlasaq da zənglərimizə cavab verən olmadı.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =