Təhlükə yaxınlaşır: “Asiya pələngi” sürətlə çoxalır, bu xəstəliklər artacaq

Təhlükə yaxınlaşır: “Asiya pələngi” sürətlə çoxalır, bu xəstəliklər artacaq

Publika.az xəbər verir ki, Aİ-yə bağlı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin hazırladığı hesabata görə, “Asiya pələngi” ağcaqanadı (Aedes albopictus) və “sarı qızdırma” ağcaqanadı (Aedes aegypti) artan istilik dalğaları, daşqınlar və uzun müddət Avropada iqlim dəyişikliyi səbəbilə çoxalma qabiliyyətini artırıblar.

“Asiya pələngi” növləri daha çox Şimali və Qərbi Avropada yayılıb. 2013-cü ildə Avropanın 8 ölkəsində 114 bölgədə rast gəlinən növə bu il 13 ölkədə 337 bölgədə rast gəlinib.

Asiya pələngi ağcaqanadı “dang qızdırması” ve “chikungunya” kimi xəstəliklərin daşıyıcısı hesab olunur.

Xüsusilə Avropanın bir çox yerlərində rast gəlinən “sarı qızdırma” ağcaqanadı isə Qərbi Nil virusunun bölgəyə yayılması riskini artırır. Qərbi Nil virusu ensefalit, meningit və nevroloji zədələrə səbəb ola və bunlar ölümlə nəticələnə bilər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 16 =