Təhsil nazirinin kabinetində kokain tapıldı
Belçika polisi Valloniya bölgəsinin təhsil naziri Karolin Dezirin ofisində 50 paket kokain aşkar edib.
Bu barədə “La Dernière Heure” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, narkotiklər 2023-cü ilin dekabrında nazirin kabinetində aparılan axtarış zamanı aşkar edilib.
Nəşrin məlumatına görə, qadağan olunmuş maddələr nazirin köməkçilərindən birinin də daxil olduğu cinayətkar qrup tərəfindən ofisdə saxlanılıb.
Nəticədə cinayətkar birliyin 8 üzvü saxlanılıb, onlardan 6-sı həbs edilib.