Təkabda 16 əsrdən çox ömürü olan Ardıc ağacı tapılıb
Təkabın Zinhar meşə qoruğunda 1600 ildən çox ömrü olan Ardıc ağacı müəyyən edilib. Bu Qərbi Azərbaycanın ən qədim ağacı sayılır.
Bu qoca ağacın üç gövdəsi var, diametri 1,5 metrdən çox, budaqlarının hündürlüyü beş metrə yaxın, budaqlarının uzunluğu isə 30 metrdən çoxdur.
Təkab Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin rəisi turistlərdən xahiş edib ki, bu qoca ağaca baş çəkəcəkləri təqdirdə ona zərər verməsinlər, beləliklə, keçmişin yadigarı olan bu ağac və bu bölgənin meşələri sonrakı nəsillərə ötürülsün.