Təl-Əviv sakinləri: Bizi müqavimətin raketlərindən qurtarın

Təl-Əviv sakinləri: Bizi müqavimətin raketlərindən qurtarın

Təl-Əvivin sionist sakinləri sionist rejimin Ali Məhkəməsinə bir müraciətdə öz canlarını Fələstin müqavimətinin raket zərbələrindən qorumağı tələb ediblər.

Sionist rejimin “Yediot Ahronot” qəzeti yazıb: “Təl-Əvivin cənubunda yaşayan sionistlər daxili cəbhə və Təl-Əviv Bələdiyyəsinə qarşı sionist rejimin Ali Məhkəməsinə ərizə ilə müraciət edərək, Fələstin müqavimətinin raket zərbələrindən onları müdafiə etməyi tələb ediblər.

Sionist rejim ordusu dünən bildirib ki, oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatı başlayandan bəri Qəzzə zolağından işğal olunmuş ərazilərə 11 mindən çox raket atılıb və ötən gecə Təl-Əviv də Fələstin Müqavimətinin raket hücumlarına məruz qalıb. 

Bu elə bir haldadır ki, sionist rejim ordusu son 24 saat ərzində Qəzzə zolağında gedən döyüşlərdə 9 zabit və əsgərinin öldürüldüyünü etiraf edib. 

Sionist rejim ordusu, həmçinin işğal olunmuş ərazilərin cənubunda hərbi maşınının aşması nəticəsində daha bir zabitinin öldüyünü açıqlayıb.

Sionist rejim ordusu Əl-Əqsa Tufanı əməliyyatı başlayandan bəri 406 hərbçisinin öldürüldüyünü bildirib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 4 =