Təxribatçıların ölkəyə daxil olmaq cəhdinin qarşısı alındı

Təxribatçıların ölkəyə daxil olmaq cəhdinin qarşısı alındı

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukraynanın təxribat-kəşfiyyat qrupunun Bryansk vilayətinin Sevsk vilayətində Rusiya Federasiyasının ərazisinə soxulmaq cəhdinin qarşısını alıb.

Publika.az xəbər verir ki, bu barədə Bryansk qubernatoru Aleksandr Boqomaz teleqramda məlumat verib.

Əməliyyatı Bryansk vilayətinin Sərhəd Mühafizə İdarəsinin əməkdaşları və Rusiya Müdafiə Nazirliyinin bölmələri həyata keçirib.

Hadisə yerində təxribatçılar tərəfindən atılan silah-sursat, o cümlədən xaricdə istehsal olunan silahlar aşkar edilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 2 =