Tacikistan və Əfqanıstan sərhədində zəlzələ olub

Tacikistan və Əfqanıstan sərhədində zəlzələ olub

Tacikistan və Əfqanıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə 00:49-da qeydə alınıb. Təbiət hadisəsinin episentri Almatı şəhərindən 823 km məsafədə yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =