Tacikistanda Ümumdünya Qüds Gününü mərasimi-Foto

Tacikistanda Ümumdünya Qüds Gününü mərasimi-Foto

İran İslam Respublikasının Tacikistandakı səfirliyində keçirilən Beynəlxalq Qüds Günü mərasimində Tacikistanda yaşayan İslam ölkələrinin şəxsiyyətləri, səfir və diplomatları və iranlılar iştirak ediblər.

Bazar ertəsi, mübarək Ramazan ayının sonuncu cümə günü İran İslam Respublikasının səfirliyində Tacikistanın dini, ictimai və mədəniyyət xadimləri, İslam ölkələrinin səfirləri və diplomatlarının iştirakı ilə Ümumdünya Qüds Gününü mərasimi keçirilib.

İran İslam Respublikasının Tacikistandakı səfiri Məhəmməd Təqi Sabiri qonaqların iştirakını yüksək qiymətləndirib və onlara ibadətlərinin qəbul olunmasını və bu müqəddəs ayın bərəkətini arzulayıb.

Ümumdünya Qüds Günü İran İslam Respublikasının banisi İmam Xomeyninin yadigarıdır. 1979-cu il avqustun 7-də Livanın cənubunda aparteid rejimi və sionist işğalçının hücumlarının yenidən başlaması ilə eyni vaxtda o, Fələstin xalqına və idealına dəstək mesajı verib və Ramazan ayının son cümə gününü “Beynəlxalq Qüds Günü” adlandırıb.

İslam Respublikasının səfiri bu günün qeyd edilməsinin dünya müsəlmanları üçün əhəmiyyətinə toxunaraq deyib: Ən azı üç əsas amil Fələstini İslam dünyasının ən mühüm məsələlərindən birinə çevirib:

Birincisi, Fələstin torpağının mahiyyəti, müqəddəsliyi və İslam ardıcılları arasında yeri.

İkincisi, sionist düşmənin mahiyyəti və onun dini və tarixi iddiaları, onun ekspansionist və işğalçı ruhu (Fələstin torpağına və İslami müqəddəs məkanlara sahib çıxmaq cəhdi).

Üçüncüsü, böyük dövlətlərdən asılı qalmaları üçün İslam ölkələrini parçalamaq və zəiflətmək istəyən Qərb-Sionist koalisiyasının mahiyyəti.

Son yetmiş ildə Fələstin ərazisində sionistlər saysız-hesabsız qətliam, etnik təmizləmə, demoqrafik dəyişiklik, məqsədyönlü işgəncə, özbaşına adam öldürmə və hər cür müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlər törədib.

Sabiri deyib: “Son illərdə aparteid və işğalçı sionist rejim fələstinlilərə qarşı çılğın hərəkətlərini gücləndirib.”

Bunlara fələstinlilərin “öz müqəddəratını təyinetmə prinsipini” pozmasında ən mühüm amil olan “kütləvi cəza”, Qəzzənın mühasirəsi, maneə səddinin tamamlanması, fələstinlilərin öz vətənlərindən qovulması və məcburi köçkün edilməsi və israillilərin münbit ərazilərə köçürülməsini misal göstərmək olar. İsrail fələstinli komandirlərin və mücahidlərin və digər ərəb və islam ölkələrinin şəxsiyyətlərini qətlə yetirib, Qəzzə zolağında kənd təsərrüfatı torpaqlarının dağıdııb, sionist mühacirləri məskunlaşdırmağı davam etdirilb.

O, davam edib: “İsrail rejimi işğal olunmuş Fələstin ərazilərində beynəlxalq insan haqları və humanitar hüququn pozulmasına görə cavab verməlidir. Belə cinayətlər cəzasız qalmamalıdır.”

Fələstin böhranının həlli o halda mümkündür ki, işğal olunmuş Fələstin xalqının ayrılmaz hüquqları tam şəkildə tanınsın, bərpa və təmin olunsun.

Digər tərəfdən, Qərb dövlətlərinin və beynəlxalq təşkilatların Fələstin məsələsində ikili standartı azad düşüncə sahiblərinin və dünya sülh fəallarının narahatlığına çevrilib və bu yanaşma insan haqları meyarlarına görə artıq region xalqları tərəfindən dözülməzdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 7 =