Tayvanda denqe qızdırmasına yoluxanların sayı 4,3 mini keçib

Tayvanda denqe qızdırmasına yoluxanların sayı 4,3 mini keçib

Tayvanda bu ilin əvvəlindən bəri aşkar edilmiş denqe qızdırmasına yoluxanların sayı 4,3 mini keçib.

“Report” xəbər verir ki, bu barədə adanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Avqustun 29-dan sentyabrın 4-dək olan həftədə 1,3 mindən çox yeni xəstəliyə yoluxma halı aşkar edilib. Ən çətin epidemioloji vəziyyət Taynan şəhərindədir.

Mərkəz onu da qeyd edib ki, vəziyyət bu yay Tayvanı bir neçə tayfunun vurması ilə mürəkkəbləşib. Yağışlı hava qızdırmanın əsas daşıyıcısı olan ağcaqanadların sayının artmasına səbəb olub.

Denqe qızdırması tropik və subtropik regionlarsa üstünlük təşkil edən virus infeksiyasıdır. Onun əlamətləri yüksək hərarət, ürəkbulanma, səpki, baş və bel ağrılarıdır. Qızdırmanın hemorragik variantı qan damarlarının çökməsi nəticəsində yaranan ağır daxili qanaxma ilə müşayiət olunur.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 15 =