Tbilisidəki polislər gündəm oldu – Foto

Tbilisidəki polislər gündəm oldu – Foto

Məlum olduğu kimi, dünən axşam Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı növbəti etiraz aksiyası keçirilib. Aksiya zamanı 63 etirazçı saxlanılıb.

Xüsusi təyinatlılar, eləcə də polis qüvvələri nümayişçiləri dağıtmağa çalışıb. 

Polis bu məqsədlə aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Ölkə mediasında xüsusi təyinatlı dəstələrin Tbilisidə Azadlıq meydanında parkda uzandıqları anı əks etdirən görüntü yayılıb. 

Sözügedən görüntü “Xüsusi təyinatlı polislər Azadlıq meydanında dincəlir” başlığı ilə paylaşılıb.

Həmin foto sözügedən şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, günlərdir Tbilisidə polislə vətəndaşlar arasında qarşıdurma yaşanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + one =