TDT Baş katibi Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkisini” pisləyib

TDT Baş katibi Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkisini” pisləyib

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev Azərbaycan Respublikası ərazisində qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

Təşkilatdan APA-ya verilən məlumata görə, Türk Dövlətləri Təşkilatının Baş katibi Ermənistanın Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaratdığı qanunsuz rejim tərəfindən 9 sentyabr 2023-cü ildə təşkil edilmiş qondarma “prezident seçkiləri” ilə bağlı dərin narahatlığını ifadə edib:

 “Biz regionda sülh və sabitliyə xələl gətirən bu təxribatçı hərəkəti beynəlxalq hüququn, eləcə də Azərbaycan Konstitusiyasının və qanunlarının kobud şəkildə pozulması kimi qətiyyətlə pisləyirik. Eyni zamanda, biz, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin öz konstitusiya quruluşuna yenidən inteqrasiyası istiqamətində səylərini yüksək qiymətləndiririk”.

“Baş katib Qarabağ bölgəsinin Azərbaycanın və Türk Dünyasının bir hissəsi olduğunu bir daha vurğulayır və buna görə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırır və konstruktiv dialoqa çağırır” – bəyanatda bildirilib.

Qeyd edək ki, Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =