Tehrandan uçan təyyarəyə hücum təhlükəsinə görə Hamburq aeroportu bağlanıb
Almaniya Tehrandan uçan təyyarəyə hücum təhlükəsinə görə Hamburq hava limanını bağlayıb, uçuşlar dayandırılıb.
APA xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Məlumata görə, Almaniyanın Hamburq hava limanı polisin təhlükəsizlik tədbirləri səbəbindən uçuşların dayandırıldığını açıqlayıb.
Bildirilib ki, bu səhər Tehran-Hamburq təyyarəsinə hücumla bağlı elektron məktub alıb və təhlükə çox ciddi qəbul edilir.
Təfərrüatlar barədə əlavə məlumat verilməyib.