Tel-Əvivdə 95 min insan Netanyahu əleyhinə şüarlar səsləndirib

Tel-Əvivdə 95 min insan Netanyahu əleyhinə şüarlar səsləndirib

İşğal olunmuş ərazilərin yüz minlərlə sakini şənbə günü ardıcıl 25-ci həftədir ki, sionist rejimin baş nazirinə qarşı nümayiş keçirib.

Açıqlanan statistikaya görə, Tel-Əvivin Kaplan küçəsindəki nümayişdə ən azı 95 min insan iştirak edib.

Netanyahu işğal altındakı Fələstində məhkəmə hakimiyyətinin gücünü azaltmaq üçün plan təklif edib. Onun planına sionist rejimin Ali Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması təklifləri daxildir.

Netanyahu və bu planın tərəfdarları məhkəmə sisteminin həddən artıq gücə malik olduğunu və icra hakimiyyətinin fəaliyyətinə mane olduğunu iddia edirlər. Lakin bu islahatların təklifi işğal olunmuş Fələstinin iri şəhərlərində buna qarşı geniş etirazlara səbəb olub.

Etirazçılar deyirlər ki, Netanyahu məhkəmə sistemini zəiflətməklə özünü korrupsiya ittihamlarından qorumağa çalışır. Bu etirazçıların fikrincə, Netanyahunun təklif etdiyi islahatlar korrupsiya işlərində onun mühakimə olunmaqdan yayınmasını asanlaşdıra bilər.

Baş nazir olduğu müddətdə Netanyahu rüşvətxorluq, fırıldaqçılıq və ictimai əmlakın mənimsənilməsi də daxil olmaqla çoxsaylı korrupsiya ittihamları ilə üzləşib.

Buna baxmayaraq, bu planın təklifi ardınca gətirdiyi etirazlardan başqa, işğal altındakı Fələstindəki mövcud parçalanmalara diqqəti yönəldib. Bu rejimlə bağlı məsələlərlə əlaqədar bir çox ekspertlər, hətta işğal olunmuş Fələstinin daxilində belə, bu parçalanmaları İsrailin varlığının sona çatmasına səbəb ola biləcək böyük çatların əlaməti kimi şərh ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 5 =