Tel-Əvivdə atışma: Müvəqqəti rejimin paytaxtda itkiləri davam edir

Tel-Əvivdə atışma: Müvəqqəti rejimin paytaxtda itkiləri davam edir

İşğal olunmuş Fələstinin mərkəzində (Tel-Əviv) atışma əməliyyatı zamanı bir sionist həlak olub, bir neçə sionist isə yaralanıb.

 Media Tel-Əvivin mərkəzində atışma olduğunu və hadisə zamanı bir neçə nəfərin yaralanığını bildirib.

Əl-Məyadin xəbər kanalı bu əməliyyatın şəhadət əməliyyatı olduğunu və ilkin məlumata görə, üç sionistin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Bir neçə dəqiqə sonra sionist rejimin mediası vəziyyəti ağır olan yaralının vəfat etdiyini və onun müvəqqəti rejimin polisi olduğunu elan edib.

Digər tərəfdən xəbər mənbələri bu şəhadət əməliyyatının icraçısının güllələndiyini açıqlayıb. Məlumatlara görə, şəhadət əməliyyatının icraçısı yaralanaraq yerə yıxılıb, lakin sionistlər ona kömək etməyə icazə verməyiblər.

Xəbərlər göstərir ki, sionist rejimin baş naziri Benyamin Netanyahu da hadisələrin inkişafından yaxından xəbərdardır.

Sionist polisi bu intihar əməliyyatını həyata keçirən fələstinlinin 27 yaşında və Cenin sakini olduğunu açıqlayıb. Cenin bu günlərdə müvəqqəti rejimin kabusuna çevrilib.

Sionist Ordunun Radiosu bu əməliyyatın icraçısının İslami Cihad hərəkatının üzvü olduğunu iddia edib.

Bəzi mənbələr onun adını “Kamil Əbu Bəkr” olaraq açıqlayıb və onun yaralarının şiddəti və sionistlər tərəfindən xəstəxanaya aparılmaması səbəbindən şəhid olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 15 =