Tel-Əvivin keçmiş müharibə naziri: Nəzarət bizim əlimizdən çıxıb və bizim təhlükəsizliyimiz yoxdur

Tel-Əvivin keçmiş müharibə naziri: Nəzarət bizim əlimizdən çıxıb və bizim təhlükəsizliyimiz yoxdur

Sionist rejimin keçmiş müharibə naziri İordan çayının qərb sahilində müqavimət qruplarının əməliyyatlarının intensivləşməsinə toxunaraq deyib: Vəziyyətə nəzarət Nazirlər Kabinetinin əlindən çıxıb və təhlükəsizliyimiz yoxdur.

İsrail Beytenu partiyasının rəhbəri və sionist rejimin keçmiş müharibə naziri Aviqdor Liberman İordan çayının qərb sahilinin cənubunda bu gün keçirilən atışma əməliyyatına reaksiya verib.

Sionist media bu gün səhər saatlarında İordan çayının qərb sahilinin cənubundakı “Yafu” nəzarət-buraxılış məntəqəsinə atəş açıldığını, 3 mühacirin yaralandığını və onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

Sionist rejimin keçmiş müharibə naziri İordan çayının qərb sahilinin cənubunda bugünkü atışma əməliyyatını təbrik edən müqavimət qruplarının bugünkü bəyanatına işarə edərək, İordan çayının qərb sahilində təhlükəsizliyin olmamasını tənqid edib.

Aviqdor Liberman bildirib ki, əməliyyatlar təkcə İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərində deyil, bütün İordan çayının qərb sahilində həyata keçirilir.

Liberman deyib: “İşin içində nə suverenlik, nə də təhlükəsizlik var. Kabinet çəkindirmə və nəzarət gücünü itirib.”

Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tariq Səlmi bu səhər İordan çayının qərb sahilinin cənubunda keçirilən şəhadət əməliyyatından sonra deyib: ” Beyti-Ləhmdəki Yafu hərbi keçid məntəqəsi yaxınlığında müqavimətin cəsarətli əməliyyatını təbrik edir və bunu sionist işğalçılara təbii və qanuni cavab hesab edirik. İşğalçı ordunun, mühacirlərin cinayətləri və onların Məscidül-Əqsaya qeyri-qanuni girişindən xəbərimiz var.”

HƏMAS-ın İordan çayının qərb sahilindəki hərbi qanadı olan “İzzədin Əl-Qəssam” batalyonları dünən bu qrupun döyüşçülərinin “Şvaz 1” zirehli bombalarla təchiz olunduğunu və onlardan İordan çayının qərb sahilindəki sionist qüvvələrə qarşı istifadə edildiyini açıqlayıb.

İslami Cihad hərəkatına bağlı “Cenin Batalyonu” da son günlər İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionist rejim hərbçiləri və mühacirlərə qarşı bir neçə uğurlu əməliyyat keçirdiklərini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =