Tel-Əvivə raket hücumları: ABŞ Xarici İşlər naziri də sığınacağa qaçıb

Tel-Əvivə raket hücumları: ABŞ Xarici İşlər naziri də sığınacağa qaçıb

İsrail mənbələri bildiriblər ki, Fələstin müqaviməti Tel-Əviv şəhərinə bir neçə raket atdıqdan sonra ABŞ dövlət katibi sionist rəsmilərlə birlikdə sığınacaqlara qaçıb.

Fələstin müqavimət qüvvələri Əl-Əqsa tufanı əməliyyatının 10-cu günündə Tel-Əviv və bir neçə sionist yaşayış məntəqəsini raket hücumları ilə hədəfə alıb.

Sionist rejimin 12-ci kanalı xəbər verib ki, Tel-Əvivdə “Qəfatim”, “Qhoş Dan” və “Holon”da həyəcan sirenləri çalınıb.

İsrail mənbələri bu hücumların Sionist Hərbi Nazirliyinin rəsmilərinin ABŞ dövlət katibi Entoni Blinkenlə görüş keçirərkən baş verdiyini, lakin bu hücumlarla görüşün ləğv edildiyini və hamının sığınacaqlara qaçdığını bildirir.

HƏMAS-ın hərbi qolu olan İzzəddin Əl-Qəssam Briqadaları bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb və sionistlərin mülki şəxslərə qarşı hücumlarına cavab olaraq bu hücumları həyata keçirdiklərini açıqlayıb.

İsrail mediası bildirir ki, ABŞ dövlət katibinin sığınacaqlarda gizlənməsi Fələstin müqavimətinin ayıqlığı baxımından nailiyyətdir.

Sionist Kanal 12-nin müxbiri Amit Seqal da bu xəbərə cavab olaraq deyib:

Nə gözəl fotodur! Qəzzadan Tel-Əvivə doğru raket atdıqdan sonra… Netanyahu, Benny Gantz, Darei və Eisenkot ilə ABŞ dövlət katibi Blinken.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 7 =