“Traktor”un ispaniyalı baş məşqçisi istefa verib

“Traktor”un ispaniyalı baş məşqçisi istefa verib

İran İslam Respublikası “Traktor” futbol klubunun baş məşqçisi istefa verib

Məlumata görə, İran mediası baş məşqçi Pako Xemesin istefa səbəbini “Traktor”un İsfahan təmsilçisi qarşısında 1:4 hesablı məğlubiyyəti ilə əlaqələndirib.

Təbriz klubunun baş direktoru Huşəng Nəsirzadə isə bunu təkzib edərək, Pako Xemesin siyasi və təhlükəsizlik məsələlərinə görə istefa verdiyini deyib.

Qeyd edək ki, Braziliyanın İrandakı səfirliyi də “Traktor”da çıxış edən Qustav Vaqnindən İranı tərk etməsini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − nine =