Tramp Cənubi Karolinadakı ilkin seçkidə qalib gəlib

Tramp Cənubi Karolinadakı ilkin seçkidə qalib gəlib

ABŞ-nın keçmiş Prezidenti Donald Tramp bülletenlərin 90%-i işləndikdən sonra Cənubi Karolinada Respublikaçıların praymerizində (ilkin seçki) qalib gələrək 60% səs toplayıb.

Onun rəqibi, ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli isə hazırda səslərin 39,3%-ni alıb.

Heyli artıq məğlubiyyətini etiraf edib. Tərəfdarları qarşısında danışan qadın siyasətçi Trampı qələbəsi münasibətilə təbrik edib və 2011-2017-ci illərdə qubernator vəzifəsində çalışdığı ştatda məğlub olmasına baxmayaraq, yarışda qalacağına söz verib.

Qeyd edək ki, iyulun 15-də Viskonsin ştatının Miluoki şəhərində Respublikaçıların Milli Qurultayı keçiriləcək. Trampın lazımi sayda nümayəndə səsini, yəni 2429 səsdən 1215-ni artıq martın 12-dək qazanacağı proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =