Tramp jurnalistə qarşı polis vəhşiliyini dəstəkləyir

Tramp jurnalistə qarşı polis vəhşiliyini dəstəkləyir

ABŞ prezidenti seçki kampaniyasında çıxışı zamanı ABŞ polisi tərəfindən jurnalistə qarşı vəhşicəsinə edilən rəftarları dəstəkləyib.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, Tramp Pensilvaniya ştatında toplantıda çıxış edərək, polis zabitlərinin jurnalist Cjozi Xuana qarşı vəhşi davranışlarına işarə etməklə polisin ölkədə irqçilik əleyhinə nümayişlərdə iştirak edən vətəndaşlara qarşı sərt davranışını tərifləyib. Xatırladaq ki, Cjozi Xuan peşə missiyasını yerinə yetirərək Los-Ancelesdə etirazları işıqlandırarkən polis tərəfindən ciddi şəkildə döyülərək həbs edilmişdi. Tramp dəfələrlə ABŞ-dakı irqçilik əleyhinə etirazları işıqlandıran medianı “Amerika xalqının düşmənləri” adlandırıb. Polis Xuana yaxınlaşaraq, onun jurnalist olduğunu bildirməsinə baxmayaraq, kobud şəkildə qandallayıb. Mayın 25-dən bu yana ABŞ-ın müxtəlif şəhərlərində irqçi polis rəftarına qarşı xalq etirazları başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 16 =