Tramp Kolumbiya Universitetindəki etirazlarla əlaqədar Baydeni tənqid edib

Tramp Kolumbiya Universitetindəki etirazlarla əlaqədar Baydeni tənqid edib

ABŞ-nin keçmiş prezidenti Donald Tramp polisin dağıtmağa çalışdığı Nyu-Yorkdakı Kolumbiya Universitetində fələstinyönümlü etirazlarla bağlı Amerika lideri Cozef Baydenin hərəkətsizliyini tənqid edib.

Bu barədə siyasətçi “Fox News”un canlı yayımında söyləyib.

“Buna baxmaq acı verir. Buna inanmaq mümkün deyil. Üç, dörd, beş il öncə bunun baş verəcəyini düşünmək belə mümkün deyildi. <…> Bayden nəsə etməlidir. Bayden ölkəmizin səsi olmalıdır, amma bu səs elə-belədir. Bu, heç kimin eşitmədiyi səsdir. Onun nəsə etməyə qadir olduğunu düşünmürəm”, – o vurğulayıb.

Xatırladaq ki, Nyu-York polisi Kolumbiya Universitetinin “Hamilton-holl” kampusunun ətrafındakı ərazini mühasirəyə alıb və daha əvvəl Fələstin tərəfdarları və tələbələr tərəfindən ələ keçirilmiş binaya basqın edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =