Tramp: “Şahzadə Harri narkotik istifadəsinə görə ABŞ-dən deportasiya edilə bilər”

Tramp: “Şahzadə Harri narkotik istifadəsinə görə ABŞ-dən deportasiya edilə bilər”

Donald Tramp prezident seçkisində qalib gələrsə, şahzadə Harri narkotik istifadəsinə görə ABŞ-dən deportasiya edilə bilər.

Bu barədə Ağ Evin keçmiş rəhbəri məlumat verib.

Jurnalistlərə verdiyi müsahibəsində siyasətçi qeyd edib ki, kral ailəsi üçün heç bir imtiyaz ola bilməz. Trampın sözlərinə görə, əgər şahzadə ABŞ vizası üçün müraciət edərkən narkotik qəbul etməsi ilə bağlı yalan danışıbsa, o zaman müvafiq tədbir görülməlidir.

ABŞ qanunlarına görə, narkotik istifadəsi vizadan imtina üçün əsas ola bilər. Hazırda Şahzadə Harrinin müraciəti “Heritage Foundation” analitik mərkəzi tərəfindən qanuna uyğunluq baxımından nəzərdən keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =