Tramp yenidən prezident seçilsəydi, ABŞ NATO-dan çıxacaqdı – Hillari Klinton
Keçmiş dövlət katibi özəl telekanallardan birinə müsahibəsinbə belə bir bəyanat səsləndirib.
Publika.az xarici media platformalarına istinadla xəbər verir ki, ABŞ-ın sabiq dövlət katibi və ölkə prezidentliyinə eks-namizəd Hillari Klinton deyib ki, əgər 2020-ci ildə Donald Tramp yenidən prezident seçilsəydi, Birləşmiş Ştatlar Şimali Atlantika hərbi alyansını tərk edəcəkdi.
Yerli nəşrlərdən biri yazır ki, xanım Klintonun qənaətinə görə, 2024-cü ildə Trampın Ağ Evə qayıdışı guya Rusiyaya Ukrayna üzərində qələbənin yeganə real şansını qazandıra bilər.
Publika.az