Tulkərim şəhidlərinin sayı 12 nəfərə yüksəlib

Tulkərim şəhidlərinin sayı 12 nəfərə yüksəlib

Fələstinli tibb mənbələri Tulkərmdəki Nur Şəms düşərgəsinin şəhidlərinin sayının 12 nəfərə yüksəldiyini bildirib.

Cümə axşamı səhər sionist rejim İordan çayının qərb sahilində yerləşən Tulkərmdəki Nur Şəms düşərgəsinə basqın edərək müqavimət qüvvələri ilə toqquşub.

Əl-Cəzirə telekanalı Nur Şəms düşərgəsindəki şəhidlərinin sayının 12 nəfərə çatdığını bildirib.

Nur Şəms düşərgəsində fələstinli hərbçilər ilə sionist rejim əsgərləri arasında silahlı toqquşmalar davam edir.

Sionist əsgərlər həmçinin 15-dən çox fələstinlini həbs edib və onlarla insanı yaralayıblar.

Digər tərəfdən, HƏMAS hərəkatı verdiyi açıqlamada Əl-Qəssam döyüşçülərinin Nur Şəms düşərgəsində sionist əsgərlərlə toqquşduğunu açıqlayıb.

Bu bəyanatda Əl-Qəssam döyüşçülərinin Nur Şəms düşərgəsini mühasirəyə alan işğalçıların hərbi maşınlarını hədəfə aldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =