Tunisdə hərəkat başçısının evinə basqın edildi: Siyasi lider saxlanıldı
Tunisdə Nahda Hərəkatının lideri və parlamentin keçmiş sədri Raşid əl-Qannuşinin evinə təhlükəsizlik qüvvələri tərəfindən basqın həyata keçirilib.
Basqından sonra Raşid əl-Qannuşi saxlanılıb.
Nahda Hərəkatından bununla bağlı verilən yazılı açıqlamada ölkə müxalifətinə çağırış edilib. Müxalifətyönlü siyasətçilərin hüquq və azadlıqlarının pozulması və onlara qarşı təzyiqlərə qarşı müxalifətçilərin tək bir cərgədə dayanmaları istənilib.
Həmçinin açıqlamada əl-Qannuşinin saxlanması olduqca təhlükəli hal kimi qiymətləndirilib və Nahda liderinin dərhal azadlığa buraxılması tələb edilib.
Digər tərəfdən əl-Qannuşinin saxlanmasına dair KİV-in verdiyi məlumatlarda qeyd edilib ki, o, Milli Azadlıq Cəbhəsi liderləri ilə söhbətinin videoyazısının sızdırılması ilə bağlı dindirilmək üçün saxlanılıb.
Nahda Hərəkatının Qərargah binası təhlükəsizlik qüvvələri tərəfindən axtarış üçün boşaldılıb.
Mənbə: Haber Global