Turan rəsmi Bakının “İran casusları” oyununu qınayıb

Turan rəsmi Bakının “İran casusları” oyununu qınayıb

Turan xəbər agentliyi hakimiyyətin “İran casusları” oyununun çirkin cəhətlərinə toxunaraq bunun zərərli ənənəyə çevrildiyini bildirib.

Turan xəbər agentliyi dünən Bakı mediyaları tərəfindən növbəti 9 nəfərin “İrana casusluq” ittihamı ilə saxlanılmaları barədə xəbər yayma metodunu qınayıb: “Azərbaycanın rəsmi dairələrinin qəbul etdiyi zərərli ənənəyə görə, casusların və digər dövlət əleyhinə ünsürlərin aşkarlanması barədə, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi yaxud Baş Prokurorluq deyil, bir qrup hökumətyönlü media məlumat verir”,- məlumatda deyilir.

Turan xəbər agentliyi yazır ki, “Bakı mediası mənbəni açıqlamadan, ittiham irəli sürərək, istintaqın təfərrüatlarını açıqlayaraq belə ağır cinayətlər barədə xəbər verirlər. Üstəlik, bütün bu media eyni mətni təkrarlayır. Bütün bunların fonunda ölkənin hüquq-mühafizə orqanları susur.”

Turan xəbər agentliyi sözü gedən zərərli ənənənin dünən bir daha təkrar olduğunu xatırladır və belə yazır:

“Bu gündə həmin KİV-lər Azərbaycanda Iranin tapşırıgı  ilə “Kərimə” dini dövləti yaratmaq casus şəbəkəsinin ifşası barədə məlumat yayıb və onların təkcə adlarını deyil, həm də fotolarını yayıb. Bu xəbərlərlə bağlı ölkənin hüquq-mühafizə orqanlarından şərh almaq cəhdlərimiz baş tutmayıb.”

Turan yazısını kinayə ilə belə tamamlayır:

“Əvvəllər casusluqda ittiham olunanların hamısı birdən-birə narkotik alverçisi olub və onlar məhz narkotik vasitələrin ticarəti və yayılmasına görə məhkum olunublar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − three =