Türkiyə və İraq bır sıra ixtilaflı məsələlərdə anlaşmalar əldə ediblər

Türkiyə və İraq bır sıra ixtilaflı məsələlərdə anlaşmalar əldə ediblər

İraqın baş naziri Mustafa əl-Kaziminin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında bəzi ixtilaflı məsələlərlə bağlı anlaşmalar əldə edilib.

SalamNews xəbər verir ki, bu barədə İraqın rəsmi mənbələri “əl-Ərəbi əl-Cədid” xəbər prtalına açıqlama veriblər.

Bildirilib ki, Mustafa əl-Kaziminin Ankara səfərində Türkiyə prezidenti və digər rəsmilərlə aparılan danışıqların nəticəsi olaraq, PKK-a qarşı mübarizə, terrorla mübarizədə İraqa dəstək, su ehtiyatları, xüsusiulə də Dəclə və Fəratın üzərində salınan su barajlarının işi, Türkiyənin İraqın şimalında apardığı əməliyyatlar, eləcə də iki ölkə sərhədində yeni sərhəd keçidinin açılması və sair məsələlər haqda anlaşmalar əldə edilib.

Məlumata görə tərəflərin müzakirə obyektlərindən biri də viza rejiminin ləğv edilməsi məsələsi olub.

Ankara səfəri Mustafa əl-Kaziminin İraq və Vaşinqtondan sonra üçüncü xarici səfəridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 12 =