Üçlü adalar İranin ərazi bütövlüyünün ayrilmaz hissəsidir

Üçlü adalar İranin ərazi bütövlüyünün ayrilmaz hissəsidir

İran xarici işlər naziri öz rus həmkarı ilə söhbətdə deyibdir ki, Tehran İranın ərazi bütövlüyünə hörmət və İranın suverenliyi məsələlərində heç kəsə güzəşt etməyəcək.

İran xarici işlər naziri Rusiya xarici işlər naziri ilə telefon söhbətində sülh müqaviləsinə nailolma istiqamətində  Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sülh danışıqları prosesini müsbət dəyərləndirib.

Bəzi xarici tərəflərin region məsələlərinə müdaxilələrinin neqativ nəticələrinə toxunan İran xarici işlər naziri region ölkələrinin imkanlarından bəhrələnmə zərurətinə təkid edib.

Bildiribdir ki, region ölkələri Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün yaradılması və təmin edilməsi sahəsində konstruktiv rol oynaya bilərlər.

Hüseyn Əmir-Abdullahiyan Mərakeşdə keçirilən ərəb-Rusiya həmkarlıq assambleyasının altıncı iclasının bəyanatının bir hissəsinə reaksiya göstərib və üçlü İran adalarını İranın ərazi bütövlüyünün ayrılmaz hissəsi adlandırıb.

İran İslam Respublikası hər bir tərəfdən bu barədə irəli sürüləcək hər hansı iddianı tamamilə rədd edir- deyə, İran xarici işlər naziri vurğulayıb.

Lavrov da deyibdir ki, İranın Cənubi Qafqazda sülhün bərqərarına kömək sahəsindəki rolu mühüm və konstruktivdir.

Moskva-Tehran əlaqələrini strateji adlandıran Rusiya xarici işlər naziri vurğulayıbdır ki, Rusiya həmişə İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşıbdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =