UEFA Avropa Liqası: “Qarabağ”ın oyunlarının VAXTI BİLİNDİ

UEFA Avropa Liqası: “Qarabağ”ın oyunlarının VAXTI BİLİNDİ

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda sentyabrın 21-də, I turda Norveçin “Molde” kollektivini qəbul edəcək.

Ölkə çempionu II turda, oktyabrın 5-də İsveçdə “Hakken”in qonağı olacaq.

“Köhlən atlar” oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi “Bayer 04″lə üz-üzə gələcək.

Noyabrın 30-da, V turda “Molde”nin qonağı olacaq ağdamlılar, dekabrın 14-də, sonuncu turda Bakıda “Hakken”i sınağa çəkəcək.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − ten =