Ukrayna və Rusiya arasında sülh danışıqları artıq başlanıb – NBC

Ukrayna və Rusiya arasında sülh danışıqları artıq başlanıb – NBC

ABŞ və Avropa rəsmiləri ukraynalı həmkarları ilə Rusiya ilə mümkün sülh danışıqları barədə danışmağa başlayıblar.

Bu barədə NBC televiziyası ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“Danışığlar Ukraynanın razılığa gəlmək üçün nədən imtina etməli ola biləcəyinin çox geniş konturlarını əhatə edib”, – məlumatda bildirilir.

NBC-nin məlumatına görə, danışıqların bəziləri keçən ay baş tutub.

Qeyd edək ki, Rusiya dəfələrlə Ukrayna ətrafındakı vəziyyətlə bağlı müxtəlif səviyyələrdə öz fikirlərini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Moskva böhranın diplomatik həllinə həmişə açıq olub və ciddi təkliflərə cavab verməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + two =