Ukraynada son durum: Bütün istiqamətlərdə hücuma keçdilər

Ukraynada son durum: Bütün istiqamətlərdə hücuma keçdilər

Rusiya qüvvələri son sutka ərzində bütün istiqamətlərində hücuma keçiblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ötən gün cəbhədə tərəflər arasında 53 toqquşma baş verib.

Kupyan istiqamətində Rusiya qoşunlarının 10-a yaxın hücumu dəf edilib. Ruslar Baxmut istiqamətində Klişçivka və Andrivka ərazilərində itirilmiş mövqelərini bərpa etməyə cəhd etsələr də, Ukrayna ordusu buna imkan verməyib. Rusiya qoşunlarının Boqdanivka, Xromovo və Cənubi Donetsk ərazilərindəki hücum əməliyyatları da uğursuzluqla nəticələnib.

Ukrayna müdafiə qüvvələri Baxmutun cənubunda hücum əməliyyatlarını davam etdirir. Eyni zamanda, Rusiya ordusunun Stepov, Avdiv, Severna və Pervomaysk yaşayış məntəqələri ərazilərində 10-a yaxın hücumu dayandırılıb. Ruslar Marin və Novomixailivka, eləcə də Şaxtyor və Zaporoje vilayətlərinin bir sıra yaşayış məntəqələrində də bir nəticə əldə edə bilməyiblər.

Ukrayna qoşunları Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − 1 =