Ultrabənövşəyi şüalar çəki artımının qarşısını alır?

Ultrabənövşəyi şüalar çəki artımının qarşısını alır?

Seul Milli Universitetinin (Cənubi Koreya) alimləri müəyyən ediblər ki, ultrabənövşəyi işığa məruzqalma siçanlarda enerji sərfiyyatını artırır.

Ultrabənövşəyi şüalanma dəriyə müxtəlif təsirlər göstərə bilər. Yəni günəş yanıqlarına, fotoqocalmağa səbəb ola, xərçəngin inkişafına təkan verə bilər. O, həmçinin bədəndə D vitamini sintezini təşviq edir. Alimlər yeni araşdırmada ultrabənövşəyi şüaların dərialtı piylərin mübadiləsini də dəyişdirə biləcəyini aşkar ediblər.

Onların araşdırmalarına görə, siçanlar üzərində aparılan təcrübələr göstərib ki, ultrabənövşəyi şüalar noradrenalin neyromediatorların istehsalını stimullaşdırmaqla çəki artımının qarşısını alır ki, bu da nəinki leptin (aclıq hormonu) səviyyəsini aşağı salır, həm də onların “qaralması” səbəbindən enerji sərfiyyatını sürətləndirir. Tünd rəngli (qəhvəyi) yağ, ağ yağdan fərqli olaraq, metabolik aktivdir. Bu o deməkdir ki, o, termogenez (istilik yaranması) funksiyalarını yerinə yetirir, qan damarlarının divarlarını qoruyur və maddələr mübadiləsini sürətləndirməyə kömək edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 1 =