Ümumdünya Meteorologiya Təşkilatı kəskin istilərlə bağlı bu ölkələrə xəbərdarlıq etdi

Ümumdünya Meteorologiya Təşkilatı kəskin istilərlə bağlı bu ölkələrə xəbərdarlıq etdi

Yaxın bir neçə gün ərzində Avropada, o cümlədən İsveçrə, Fransa və Polşada kəskin istilərlə ilə bağlı xəbərdarlıq edilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) sözçüsü Kler Nullis bildirib.

O, iyul ayında tarixin ən isti ayı olaraq qeydə alındığını xatırladaraq, quru havanın bu həftənin əvvəlində İspaniyanın Tenerife şəhərində böyük yanğınlara səbəb olduğunu, Yaponiyanın da temperatur rekordlarını qıran uzunmüddətli isti dalğasının təsiri altında qaldığını vurğulayıb.

Nullis bildirib ki, həddindən artıq istilər nəticəsində Kanadada 600-dən çox meşə yanğını nəzarətdən çıxıb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three − 1 =