UNICEF: Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir
Birləşmiş Millətlər Təşkilatının Uşaq Agentliyi (UNICEF) şənbə günü axşam elan edib ki, İsrailin Qəzzaya hücumlarından sonra bu zolaq uşaqlar üçün dünyanın ən təhlükəli yerinə çevrilib.
Məhz bu gün axşam saatlarında Fələstinin Səhiyyə Nazirliyi sionist rejimin Qəzzə zolağına genişmiqyaslı hücumlarının qurbanlarının son statistik məlumatlarını açıqlayıb və bu hücumlar zamanı indiyədək Qəzzada 19 mindən çox insan şəhid olub. Onların 70 faizi qadın və uşaqlardır.
Bu gün Birləşmiş Millətlər Təşkilatının Uşaq Agentliyi (UNICEF) hesabatında Qəzzanın uşaqlar üçün dünyanın ən təhlükəli məkanına çevrildiyini etiraf edib.
Qəzzadakı tibb müəssisələri xəbərdarlıq ediblər ki, “Qəzzada yanacaq tükənmək üzrədir və bu, uşaqların sağlamlığı üçün fəlakətli nəticələrə səbəb olacaq. Hazırda tibbi mərkəzlərdə 360 min nəfər yoluxucu xəstəliyə yoluxub.
Qəzzadakı vəziyyətlə bağlı hesabatını davam etdirən UNİCEF Qəzzada bir milyona yaxın uşağın zorla evlərindən didərgin salındığını açıqlayıb.
Fotolar əsasında statistik məlumatların ötürülməsinin qarşısını almaq sionist hərbçilərin gündəmlərindən biridir. Bu rejim Qəzza zolağında üçüncü gündür ki, internet və rabitə xətlərini kəsib və bu da müharibənin başlanmasından bəri ən uzun müddətdir.
Sionist rejim Qəzzəyə hücumunun əvvəlindən onlarla jurnalist və operatoru qətlə yetirib. İndiyədək müxtəlif regional və qlobal şəbəkə və xəbər agentliklərinin 90 jurnalist və operatoru sionist rejimin hücumlarında şəhid olub.
Sonuncu halda “Əl-Cəzirə”nin operatoru “Samir Əbu Dəqqə” cümə günü axşam saatlarında sionist rejimin Qəzzə zolağının cənubundakı “Fərhanə” məktəbinə hücumu nəticəsində şəhid olub.
Əl-Cəzirə telekanalının xəbərinə görə, Samir Əbu Dəqqə İsrail ordusunun Qəzza zolağının cənubunda Xan Yunisə pilotsuz təyyarə hücumu zamanı yaralanıb və o, yaralandıqdan sonra təxminən 6 saat Fərhanə məktəbində yerdə olub və sionist qüvvələr xilasedicilərin məktəbə daxil olmasına və yardım göstərməsinə imkan verməyib.