UNICEF: Rafahda 600 mindən çox uşağın həyatı təhlükə altındadır!

UNICEF: Rafahda 600 mindən çox uşağın həyatı təhlükə altındadır!

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu işğalçı İsrailin Rəfaha hücumunun təhlükələri, bölgədəki 600 min uşağın başına gələ biləcək hadisələr barədə xəbərdarlıq edib.Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, UNICEF xəbərdarlıq edib ki, hazırda Rəfahda yerləşən 1,2 milyon insanın yarısı uşaqlardır.

UNICEF xəbərdarlıq edir ki, Rəfəhin mühasirəsi və qurudan hücum hazırda orada sığınan 600 000 uşaq üçün fəlakətli risklər yaradacaq.

Məlumatlara görə, sionistlərin oktyabrın 7-də Qəzzəyə hücumunun başlamasından bu yana 14 mindən çox uşaq şəhid olub.

Qadınlar və uşaqlar sionist rejimin Qəzza zolağındakı vəhşiliyinin əsas qurbanları sırasındadır. Lakin beynəlxalq ictimaiyyətin, xüsusən də Qərb dövlətlərinin bu sahədə baş verən faciələrə susması ictimaiyyətin qəzəbinə səbəb olub. Bu arada beynəlxalq qurumlar Rəfaha hücumun nəticələri barədə davamlı olaraq xəbərdarlıq edir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 6 =