UNİCEF Şərqi Qüdsdə öldürülən uşaqların sayını açıqladı
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu – UNİCEF 2023-cü ildə işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində öldürülən uşaqların sayının görünməmiş səviyyəyə çatdığını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, UNİCEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Adele Hudr “X” sosial media platformasında yazılı açıqlama verib: “2023-cü il Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində uşaqlar üçün ən qanlı il oldu. Münaqişə nəticəsində zorakılıq görünməmiş səviyyəyə çatıb.
İordan çayının qərb sahilində son 12 həftədə 83 uşaq öldürülüb. İsrailin artan hərbi əməliyyatlarının kölgəsində bu rəqəm 2022-ci ildə öldürülən uşaq sayının iki qatından çoxdur. Bu müddət ərzində təxminən 576 uşaq yaralanıb, bir çoxu nəzarətə götürülüb.
Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilindəki uşaqların təhlükəsizliyi, müdafiə hüquqları və onların təbii yaşama hüququ ilə bağlı dərin narahatlıq içindəyik. Buradakı uşaqlar uzun illərdir sarsıdıcı zorakılığa məruz qalırdı. Lakin 7 oktyabr hücumlarından sonra bu zülm xeyli artıb.
İordan çayının qərb sahili İsrailin hərəkət və nəqliyyat məhdudiyyətlərindən ciddi şəkildə ziyan görür”.