UNRWA: Bir milyon köçkün Rəfahı tərk etdi

UNRWA: Bir milyon köçkün Rəfahı tərk etdi

Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) sionist rejimin Rəfah şəhərinə hücumlarından sonra təxminən bir milyon qaçqının şəhəri tərk etdiyini açıqlayıb.

UNRWA əlavə edib ki, son üç həftə ərzində və sionist rejimin Rəfah şəhərinə hücumları ilə eyni vaxtda, fələstinli qaçqınlar Qəzzə zolağının müxtəlif bölgələrindən bu şəhərə getdikləri zaman, bir milyona yaxın insan öz yurd-yuvasından didərgin düşüb və başqa ərazilərə üz tutub.

UNRWA vurğulayıb ki, Qəzzə zolağının əhalisinə kömək etmək və onları qorumaq demək olar ki, mümkün deyil.

Bu agentlik həmçinin sionist rejimin Rəfahın şimal-qərbindəki düşərgələrdən birində törətdiyi vəhşi cinayətə işarə edərək, bu rejimin hücumundan sonra bəzi UNRWA əməkdaşları ilə əlaqə saxlamağın çox çətin olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − one =