Uşaq qatili əlaltısı missiyadan sonra intihar etdi
İsrail ordusunun əsgərlərindən biri döyüş meydanından qayıtdıqdan sonra intihar edib.
Əl Aləm telekanalının məlumatına əsasən, İsrail rejiminin Qəzzaya qarşı müharibəsində tələfatından əlavə, cəbhə xəttindən kənarda da insan itkiləri verməkdədir.
Sionist rejim mediaları bu gün (4 noyabr) Braziliya əsilli hərbçi Santiaqo Ovadia Qəzza zolağındakı müharibədən qayıtdıqdan sonra intihar etdiyindən xəbər verib.
Məlumata görə Qəzzə müharibəsi başlandıqdan sonra sionist hərbçilər arasında intihar halları həddən artıq çoxalıb.
Bir neçə ay əvvəl Sionist rejim ordusunda ruhi-psixiatrik xəstəliklər səbəbindən dispanserlərdə boş yer olmaması barədə məlumatlar verilmişdi.
Amerika mediası bu yaxınlarda sionist əsgərlər və onların ailələrinə istinadən xəbər yayaraq elan etdi ki, bir çox İsrail qüvvələri Qəzza müharibəsindən qayıtdıqdan sonra ağır psixi sarsıntılar içindədir və Livanla müharibədən çox qorxurlar.