Uşaqlarda internet asılılığının təhlükəli nəticələri

Uşaqlarda internet asılılığının təhlükəli nəticələri

“Uşaqların həddindən artıq rəqəmsal məzmundan istifadə etməsi bir sıra mənfi təsirlərə səbəb ola bilər”.

Bu sözləri Rusiyanın Pediatrlar İttifaqının üzvü Dmitri Malıx bildirib.

Onun sözlərinə görə, uşaq həyətdə dostları ilə gəzməkdənsə, sosial şəbəkələrə üstünlük verirsə, bu, onun səhhətini pisləşdirə bilər.

“İnternetdən və smartfonlardan asılılıq akademik performansı pisləşdirə, yaddaşı azalda və ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Çox vaxt indiki uşaqlar həyətdə müxtəlif oyunlar oynamaq əvəzinə sosial şəbəkələri seçir”, – deyə Malıx qeyd edib.

O əlavə edib ki, bu tendensiya davam edərsə, yaxın onillikdə xəstəliklərin beynəlxalq təsnifatında yenisi – məsələn, alkoqol və nikotin asılılığı ilə eyni səviyyədə olan rəqəmsal asılılıq kimi bir xəstəlik meydana çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 18 =