ÜST 28 gündə dünyada COVID-19-a yoluxma hallarının 63% artdığını bildirdi

ÜST 28 gündə dünyada COVID-19-a yoluxma hallarının 63% artdığını bildirdi

İyulun 17-dən avqustun 13-dək dünyada 1 milyon 400 mindən çox insan koronavirus infeksiyasına yoluxub,.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd olunub ki,2300-dən çox insan dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, əvvəlki 28 günlə müqayisədə yoluxmaların sayı 63% artıb, ölənlərin sayı isə 56% azalıb.

İyulun 17-dən avqustun 13-dək Qərbi Sakit okean regionunda xəstəliyin 97% artması müşahidə edilib. Eyni zamanda dörd regionda, o cümlədən Avropada azalma var.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =