ÜST-dən dünyada yeni pandemiya barədə XƏBƏRDARLIQ

ÜST-dən dünyada yeni pandemiya barədə XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünyanın yeni pandemiyaya hazır olmadığını bildirib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, Gebreyesus bu barədə Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışında deyib.

“COVID-19-un dərsləri yaddan çıxmış ola bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda digər böhranlara yönəlib”, – o deyib.

Onun sözlərinə görə, bəşəriyyət gec, ya da tez yeni naməlum “X xəstəliyi” ilə üzləşəcək və buna indidən hazırlaşmaq lazımdır.

Gebreyesus yeni pandemiyanın qrip virusu və ya koronavirus, yaxud haqqında hələ bilmədiyimiz yeni patogen tərəfindən törədilə biləcəyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =