ÜST: Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir

ÜST: Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir

2023-cü ilin əvvəlindən dünyanın 25 ölkəsində kütləvi vəba epidemiyası qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

2022-ci ildə yoluxma halları 16 ölkədə baş verib. Buna səbəb xəstəliklə mübarizə üçün peyvəndlərin və digər vasitələrin olmaması ola bilər.

Buna görə də mütəxəssislər dünyada vəba xəstəliyinin yayılma riskini çox yüksək qiymətləndirirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ən kəskin vəziyyət Afrikadadır.

Bu ilin əvvəlindən 14 ölkədə yoluxma halları qeydə alınıb.

Son həftələrdə Konqoda hər həftə 900-dən çox vəba hadisəsi qeydə alınıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 4 =