ÜST: Minlərlə xəstə və yaralı müalicə üçün Qəzzadan çıxarılmalıdır

ÜST: Minlərlə xəstə və yaralı müalicə üçün Qəzzadan çıxarılmalıdır

 Ümumdünya Səhiyyə Təşkilatı Qəzza zolağından minlərlə yaralı və xəstə fələstinlinin müalicə üçün təxliyəsini tələb edib.

Əl Aləm telekanalının məlumatına əsasən, ÜST Şərqi Aralıq dənizi bölməsinin direktoru Hanan Bəlxi  dünən gecə  (27 iyun) X sosial media hesabında yazıb:  7 aydan sonra nəhayət ki, xəstə uşaqların müalicə üçün Qəzzadan çıxarılması yaxşı xəbər olsa da, hələ də tibbi yardım üçün Qəzzanı tərk etməsi zəruri olan 10 mindən fələstinli var. Oktyabrın 7-dən indiyədək 13 872 nəfər tibbi məqsədlər üçün ölkəni tərk etmək üçün müraciət edib. Lakin onların yalnız 35%-i ÜST və tərəfdaşlarının dəstəyi ilə Qəzzədən çıxarıla bilib.

Bəlxi həmçinin deyib: Ağır xəstələrin sabit, mütəşəkkil, təhlükəsiz və vaxtında köçürülməsi üçün evakuasiya keçidləri yaradılmalıdır. Bu məsələ Rəfah və Kərəm Salemdən Misirə, İordan çayının qərb sahilinə, Şərqi Qüdsə və oradan da digər ölkələrə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 2 =