ÜST: Qəzzədə sadəcə 11-i yarımfəal vəziyyətdədir

ÜST: Qəzzədə sadəcə 11-i yarımfəal vəziyyətdədir

Ümumidünya Səhiyyə Təşkilatı Qəzzədə olan 35 xəstəxanadan yalnız 11-nin xidmətə yararlı olduğunu və bu səhiyyə mərkəzlərinin də sadəcə yarımfəal fomada xidmət göstərdiyini elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ÜST bu gün (12 dekabr) elan edib ki, Qəzzədə yalnız 11 xəstəxana məhdud şəkildə fəaliyyətə yararlıdır.

ÜST-ün Fələstindəki rəsmi nümayəndəsi Riçard Pyer Koren videokonfransındakı çıxışında deyib: Müharibənin 66-cı günündə Qəzzə zolağında olan 36 xəstəxanadan yalnız 11-i məhdud şəkildə xidmət göstərməyə yaralıdır. Bundan artıq tibbi təchizat itirmək olmaz və ən azından bu xəstəxanalar fəal qalmalıdır.

Riçard Pyer həmçinin müharibə tərəflərindən xbundan artıq xəstəxanaların bombardman edilməməsini acizanə xahiş edib.

O, həmçinin sionist rejimin Qəzzəyə aviahücumlarında xəstəxanaların hədəfə alınma faktını da tənqid edib.

Bundan əvvəl də ÜST bəyanat yayaraq İsrail hərbçilərinin Qəzzədə tibbi işçilərlə kobud rəftarda və həkimlərə pis davranışda təqsirləndirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − two =