ÜST Qəzzada “təhlükəsiz zona”nın yaradılmasında iştirak etməyəcək
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) geniş razılaşma və təhlükəsizlik şərtləri olmadan Qəzza zolağında “təhlükəsiz zona”nın yaradılmasında iştirak etməyəcək.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus BMT Baş Assambleyasının qeyri-rəsmi plenar iclasında deyib.
“ÜST geniş razılaşma olmadan Qəzza zolağında heç bir sözdə təhlükəsizlik zonasının yaradılmasında iştirak etməyəcək. Habelə təhlükəsizliyin təmin edilməsi və digər vacib ehtiyacların ödənilməsi üçün əsas şərtlər yaranana qədər, habelə onun həyata keçirilməsinə nəzarət mexanizmi yaradılana qədər iştirak etməyəcək”, – deyə o bildirib.
O, Qəzza zolağının cənubundakı Əl-Məvasi bölgəsində “təhlükəsizlik zonası” yaratmaq təklifini tənqid edərək, “bu, fəlakət yoludur” deyə vurğulayıb.