ÜST sədri Tel Əvivə qəzəbini gizlətmədi

ÜST sədri Tel Əvivə qəzəbini gizlətmədi

Ümumidünya Səhiyyə Təşkilatının sədri Tel Əvivin əsassız iddialarına qəzəbləndiyini gizlətməyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Tedros Adhanom Gepresus başçılıq etdiyi təşkilatın Həmasla əlbir olması barədə Tel Əvivin iddialarını təkzib edərək bunun qəbuledilməz olduğunu deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Gepresus bu barədə deyib: Bu iddialar əsassızdır. Bizim əməkdaşlarımızın da mövqeyini təhlükə altına alır. ÜST neytral bir təşkilatdır və bütün xalqların sağlamlığı üçün çalışır.

Qeyd edək ki, sionist rejimin BMT-dəki daimi nümayəndəsi Meilav Eilon Şahar ÜST-ün Həmas tərəfdarı olduğunu iddia edərək deyib ki, bu təşkilat Həmas terrorçularının xəstəxanalardan hərbi məqsədlər üçün istifadəsinə göz yumur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 5 =