Uzun yaşamağın SİRRİ: Bu 8 qida insanı cavan saxlayır

Uzun yaşamağın SİRRİ: Bu 8 qida insanı cavan saxlayır

Pəhrizimiz ümumi sağlamlığımızı yaxşılaşdıra və vaxtından əvvəl qocalmanın qarşısını ala bilər. Belə ki, metabolik proseslərə təsir edən bəzi qida maddələri davamlı və nizamlı istehlak edildikdə hüceyrələrin zədələnməsinin qarşısını alaraq ömrü uzadır.

BAKU.WS xarici KİV-ə istinadən erkən qocalmanın qarşısını alaraq ömrü uzadan qidaları təqdim edir:

Meşə meyvələri

Çiyələk, qaragilə, moruq və böyürtkən kimi giləmeyvə C vitamini və flavonoidlər kimi güclü antioksidantları ehtiva edir. Qarışıqlar sərbəst radikalların yaratdığı oksidləşdirici zərərdən qoruyaraq ömrü uzadır.

Qoz-fındıq və digər ləpələr

Bunlara badam, qoz, püstə və digərləro daxildir. Bu qidaların tərkibindəki sağlam yağlar təbii alfa-tokoferol (vitamin E) ehtiva edir ki, bu da orqanizmi oksidləşdirici zərərdən qoruyan, toxumaların bərpasını və qorunmasını təşviq edən, ömrünü uzadan antioksidant rolunu oynayır.

Yağlı balıqlar

Somon, alabalıq, ton balığı və skumbriya kimi balıqlar sağlamlıq üçün ən yaxşı balıq hesab olunur.

Zeytun yağı

Zeytun yağı ömrü uzatmaq üçün əla vasitədir. Oksidləşməyə davamlıdır və buna görə də bəzi digər yağlar kimi iltihaba səbəb olmur. Zeytun yağı ürək və qaraciyər üçün faydalıdır və erkən qocalmanı azaltmağa kömək edə bilər.

Armud

Armud beyni və yaddaşı gücləndirən ən yaxşı qidalar arasındadır. Faydalı təbii birləşmələr qaraciyər xəstəliyi, oynaq ağrısı, saç tökülməsi və xroniki yorğunluq kimi xəstəliklərin qarşısını ala bilər. Buna görə də hər gün müntəzəm olaraq istehlak edilməsi tövsiyə olunur.

Yaşıl çay

Şübhə yoxdur ki, yaşıl çay uzunömürlülük üçün ən yaxşı qidalar sırasındadır. Yaşıl çayın tərkibindəki kofein də arıqlamağa kömək edir. Bədəni sərbəst radikallardan xilas etməyə və iltihabı azaltmağa kömək edən antioksidanlarla zəngindir. Yaşıl çay həm isti, həm soyuq, həm də südlü və şəkərsiz içilə bilən bir içkidir.

Qatıq

Qatığa bəzən super qida da deyirlər.  O, yulaf əzməsi, meyvə və qoz-fındıq ilə istehlak edilə bilər. Əzələ artımına kömək edə bilən yüksək proteinli süd məhsuludur. Qatıq laktik turşu bakteriyaları (Lactobacillus) və bifidobakteriyalardan istifadə edərək süddən fermentasiya yolu ilə hazırlanır. Süzmə qatıq adi qatıqdan daha sağlam hesab olunur.

Yarpaqlı göyərtilər

Yarpaqlı göyərtilər ömrü uzadan əhəmiyyətli miqdarda vitaminlər, minerallar və antioksidantlar təmin edir. Onlar ən yaxşı aşağı karbohidratlı tərəvəzlər arasındadır və yağ itkisinə kömək edə bilər.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =